Rektor aftafa, sifon, şlanq alınması üçün 309 min manat dəyərində müqavilə imzalayacaq
Azərbaycan Texniki Universitetinin "Cari təmir işləri ilə bağlı mal-materialların satınalınması" ilə bağlı elan etdiyi tender başa çatıb.
Tenderin qalibi "MASTER-OFİS" MMC olub.
Tərəflər arasında 308.794,73 AZN-lik müqavilə imzalanacağı gözlənilir.
Tenderə əsasən universitet Duş aftafa, arko kran, Kran uzun (su qarışdırıcı), Radiator panel tipli, Elastik şlanq, sifon qarmoşka, Radiator ventili , və.s alınmalıdır.
Xatırladaq ki, AzTU-nin rektoru Vilayət Vəliyevdir./32 gün.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın