Rektor Yaşar Ömərovun adından Ülkər Səttarovaya dair səsləndirilən iddia nə dərəcədə doğrudur?

Rektor Yaşar Ömərovun adından Ülkər Səttarovaya dair səsləndirilən iddia nə dərəcədə doğrudur? 

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov barədə sosial şəbəkələrdə yazılan iddialar müzakirə yaradıb.

Faktinfo.az Pravda.az-a istinadən xəbər verir ki, müzakirələrə səbəb son günlər rektor Yaşar  Ömərovun Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın elm və təhsil naziri vəzifəsinə təyin ediləcəyi barədə səsləndirdiyi iddia olunan fikirləri olub.

 Bildirilib ki, rektorun adı qeyri-rəsmi maliyyə münasibətlərində də hallanır, hətta Yaşar Ömərovun fəaliyyəti ilə bağlı Gəncə şəhərində hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılıb. İddialara əsasən, Ömərov barəsində külli miqdarda vəsaitin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər maddələrlə cinayət işi açılıb.

Bəzi vəsaitlərin qeyri-şəffaf şəkildə idarə olunduğu, həmkarlar və tələbə təşkilatları üzərindən müəyyən maliyyə axınlarının həyata keçirildiyi iddia edilir. Eyni zamanda universitetdə ayrı-ayrı şəxslərin vətəndaşları "işə düzəltmək" adı ilə aldatdıqları da deyilir.

Pravda.az iddialarla bağlı mövqe öyrənmək üçün ATU-ya sorğu ünvanlayıb.Universitetin Mətbuat Xidməti məlumatları təkzib edib:

 “Qeyd olunan iddialar tamamilə əsassızdır və heç bir faktiki sübuta əsaslanmır. Bu kimi məlumatların yayılması açıq şəkildə qarayaxma xarakteri daşıyır və məqsəd universitetin, onun rəhbərliyinin nüfuzuna xələl gətirməkdir”.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi