Ronaldo ilə bağlı klub qərarı açıqladı
"Əl-Nasr”ın baş direktoru Qvido Fienqa hücumçu Kriştiano Ronaldonun növbəti mövsümdə klubda qalacağını təsdiqləyib.
Bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib.
Xatırladaq ki, Kriştiano Ronaldo 2023-cü ildə “Əl-Nəsr”ə keçib. Bu mövsüm Ronaldo bütün turnirlərdə 45 matçda iştirak edib, 44 qol vurub və 13 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur./Qafqazinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın