Rövşən Rüstəmov “ADY”nin 3 xanım əməkdaşına avtomobil HƏDİYYƏ edib? - Rəsmi AÇIQLAMA
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun üç xanım əməkdaşına jest etdiyi iddia olunur.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Rövşən Rüstəmovun tapşırığı ilə adları məlum olmayan 3 nəfər xanım əməkdaşa, o cümlədən yeni müşavir Aysel Soltanovaya “Toyota Carolla” markalı avtomobil verilib. Bildirilir ki, hədiyyə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təqdim olunub.
Məlumatı dəqiqləşdirmək üçün Rövşən Rüstəmovun müşaviri Aysel Soltanova ilə əlaqə yaratdıq. Xanım müşavir Bizim.Media-ya açıqlamasında ona avtomobil hədiyyə olunduğunu inkar etsə də, sonradan məlumatı qismən təsdiqləyərək, ona “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən xidməti avtomobil verildiyini deyib:
“Mən 19 yaşından rəsmi işləyirəm və kifayət qədər normal əməkhaqqı alıram. Aldığım əməkhaqqının da vergisini verirəm. Kifayət qədər də peşəkar karyeram var. Mənim nəinki işəgötürənin, heç kəsin, şəxsi həyatda belə kiminsə mənə avtomobil və ya nəsə başqa hədiyyə verməsinə ehtiyacım yoxdur. “Azərbaycan Dəmir Yolları”nda müavin, müşavir və departament direktoru heyətinə imtiyaz olaraq avtomobillər təhkim olunub. Bunu təsdiq edə bilərəm”, - deyə Aysel Soltanova qeyd edib.
Məsələ ilə bağlı ADY-nin rəsmi cavabını almaq üçün quruma müraciət etsək də, hər hansı cavab ala bilmədik.
Bu xəbər üçün şərh yazın