Roza Əliqızı:"Vəli Mustafayev və Arzu Oruczadənin həyat hekayəsi yalnız iki gəncin sevgisi deyil, həm də Azərbaycan qadınının mənəvi ucalığının və vəfasının parlaq nümunəsidir"

Roza Əliqızı:"Vəli Mustafayev və Arzu Oruczadənin həyat hekayəsi yalnız iki gəncin sevgisi deyil, həm də Azərbaycan qadınının mənəvi ucalığının və vəfasının parlaq nümunəsidir" 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "ƏSGƏR Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyi tərəfindən həyata keçirilən "Sədaqətin Sükutu" layihəsi çərçivəsində növbəti tədbir Aqstafa rayonunda, 3 nömrəli tam orta məktəbin akt zalında keçirilib.

Layihənin məqsədi Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların xatirəsinə ömür boyu sədaqətlə sahib çıxan Azərbaycan xanımlarının həyat hekayələrini ictimaiyyətə çatdırmaq, milli-mənəvi dəyərlərimizi və ailə institutunu təbliğ etməkdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Aqstafa Rayon Mədəniyyət Evinin aparıcısı Pərviz müəllim açaraq layihənin mahiyyəti və məqsədi barədə iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, "Sədaqətin Sükutu" layihəsi Azərbaycan qadınının sədaqətini, vəfasını və milli-mənəvi dəyərlərə bağlılığını gələcək nəsillərə çatdıran mühüm mənəvi layihələrdən biridir.

Bu dəfə layihə Aqstafa rayonunun Qarahəsənli kəndindən olan Vətən müharibəsi şəhidi Vəli Mustafayev və onun şəhidlik xəbərini eşidən kimi bu ağır itkiyə dözə bilməyərək Xırdalanda yaşadığı binanın səkkizinci mərtəbəsindən özünü ataraq faciəvi şəkildə həyatını itirən nişanlısı Arzu Oruczadənin xatirəsinə həsr olunub.

Tədbir çərçivəsində onların saf sevgisini, yarımçıq qalan arzularını və Arzu Oruczadənin misilsiz sədaqətini əks etdirən videomateriallar nümayiş olunub. Nümayiş etdirilən görüntülər zalda dərin duyğular yaradıb. İştirakçılar Azərbaycan qadınının sevgiyə, vəfaya və mənəvi dəyərlərə sadiqliyinin növbəti nümunəsinin şahidi olublar.

Tədbirdə çıxış edən "ƏSGƏR Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı, hərbi jurnalist Roza Əliqızı qeyd edib ki, "Sədaqətin Sükutu" layihəsinin əsas məqsədi şəhidlərimizin qəhrəmanlığını yaşatmaqla yanaşı, onların əziz xatirəsinə sədaqətlə sahib çıxan xanımlarımızı da cəmiyyətə tanıtmaqdır. O vurğulayıb ki, Azərbaycan qadını əsrlər boyu ailəsinə, Vətəninə və sevgisinə sədaqəti ilə seçilib və bu gün də həmin dəyərlər yaşadılır.

Roza Əliqızı bildirdi ki, Vəli Mustafayev və Arzu Oruczadənin həyat hekayəsi yalnız iki gəncin sevgisi deyil, həm də Azərbaycan qadınının mənəvi ucalığının və vəfasının parlaq nümunəsidir. Belə hekayələrin gənclərə çatdırılması onların milli dəyərlərə bağlı ruhda yetişməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Aqstafa Rayon İcra Hakimiyyətinin şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Ariz Qədimalıyev çıxış edərək layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı, onların həyat hekayələrinin cəmiyyətə çatdırılması həm vətənpərvərlik tərbiyəsi, həm də milli həmrəyliyin möhkəmləndirilməsi baxımından olduqca vacibdir.

Tədbirdə çıxış edən şəhid anaları və qazilər də belə layihələrin böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar şəhidlərimizin xatirəsinin daim uca tutulmasının hər bir Azərbaycan vətəndaşının mənəvi borcu olduğunu qeyd ediblər və layihənin davamlı keçirilməsini yüksək qiymətləndiriblər.

Tədbir boyunca nümayiş etdirilən videolar, səsləndirilən xatirələr və çıxışlar iştirakçıları dərin düşüncələrə qərq edib. Vəli Mustafayev və Arzu Oruczadənin yarımçıq qalan sevgisi hər kəsə bir daha göstərdi ki, sevgi təkcə birlikdə yaşanan ömür deyil, bəzən ömür boyu davam edən sədaqətin də adıdır.

Tədbirin sonunda "ƏSGƏR Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyi tərəfindən "Sədaqətin Sükutu" layihəsinin loqosu və adı əks olunmuş xüsusi hazırlanmış maykalar tədbir iştirakçılarına hədiyyə edildi. İştirakçılar bu təşəbbüsü yüksək qiymətləndirərək layihənin Azərbaycanın bütün bölgələrində davam etdirilməsini arzulayıblar.

"Sədaqətin Sükutu" layihəsi bir daha göstərdi ki, qəhrəman şəhidlərimizin adı yaşadıqca, onların sevgisinə və xatirəsinə sədaqətlə sahib çıxan Azərbaycan xanımlarının həyat hekayələri də xalqımızın yaddaşında yaşayacaq, gələcək nəsillər üçün vətənpərvərlik, sevgi və sədaqət nümunəsi olacaq.

Faktinfo.az

Roza Əliqızı:"Vəli Mustafayev və Arzu Oruczadənin həyat hekayəsi yalnız iki gəncin sevgisi deyil, həm də Azərbaycan qadınının mənəvi ucalığının və vəfasının parlaq nümunəsidir"Roza Əliqızı:"Vəli Mustafayev və Arzu Oruczadənin həyat hekayəsi yalnız iki gəncin sevgisi deyil, həm də Azərbaycan qadınının mənəvi ucalığının və vəfasının parlaq nümunəsidir"Roza Əliqızı:"Vəli Mustafayev və Arzu Oruczadənin həyat hekayəsi yalnız iki gəncin sevgisi deyil, həm də Azərbaycan qadınının mənəvi ucalığının və vəfasının parlaq nümunəsidir"Roza Əliqızı:"Vəli Mustafayev və Arzu Oruczadənin həyat hekayəsi yalnız iki gəncin sevgisi deyil, həm də Azərbaycan qadınının mənəvi ucalığının və vəfasının parlaq nümunəsidir"Roza Əliqızı:"Vəli Mustafayev və Arzu Oruczadənin həyat hekayəsi yalnız iki gəncin sevgisi deyil, həm də Azərbaycan qadınının mənəvi ucalığının və vəfasının parlaq nümunəsidir"Roza Əliqızı:"Vəli Mustafayev və Arzu Oruczadənin həyat hekayəsi yalnız iki gəncin sevgisi deyil, həm də Azərbaycan qadınının mənəvi ucalığının və vəfasının parlaq nümunəsidir"
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi