Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı

Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı 

Ermənistan və Azərbaycan arasındakı münaqişə bitib.

Bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

“Ermənistan və Azərbaycan arasındakı münaqişə bitib. Bu, təkcə bitməyib, həm də artıq imzaladığım və rifaha aparan yeni yolun başlanğıcı olan razılaşma, anlaşma memorandumu ilə bağlanıb”, - o bildirib.

Marko Rubio söhbətin ABŞ və Ermənistan arasında imzalanan “Tramp marşrutu” üzrə çərçivə sazişindən getdiyini qeyd edib.

Xatırladaq ki, Ermənistan və ABŞ iyunun 4-də onlayn şəkildə “Tramp marşrutu” üzrə çərçivə sazişini imzalayıb. Sazişə Ermənistan tərəfindən xarici işlər naziri Ararat Mirzoyan, ABŞ-dən isə dövlət katibi Marko Rubio imza atıb./teleqraf.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi