Rüfət Rəhimov kimdi,nədən baş həkimin otağına daxil olub,benzin töküb və otağı yandırıb?

Rüfət Rəhimov kimdi,nədən baş həkimin otağına daxil olub,benzin töküb və otağı yandırıb? 

Bakıda 9 saylı Şəhər Poliklinikasında baş verən yanğının Rüfət Rəhimov adlı şəxs tərəfindən törədilməsi hadisədən sonra bəlli oldu.

Daxili İşlər Nazirliyindən (DİN) bildirildi ki, yanğını törədən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.

Bəs Rüfət Rəhimov kimdi,nədən baş həkimin otağına daxil olub,ətrafa benzin töküb və otağı yandırıb? 

Bu suala obyektiv araşdırmalardan sonra aydınlıq gətirməlidir.Çünkü,Rüfət Rəhimov 4-5 il öncə Binəqədidə yerləşən 9 saylı Şəhər Poliklinikasında aptek müdiri olub və poliklinkanın baş həkimi tərəfindən qanunsuz işdən çıxarılmasına dair ölkə rəhbərliyinə, müxtəlif dövlət orqanlarına, o cümlədən TƏBİB rəhbərliyinə davamlı məktublar ünvanlayıb. Hətta qanunsuz işdən çıxardılmasına dair saytlar üzərindən çıxış da edib.Onun indi psixoloji problemləri də ola bilər,ailəsi də dağıla bilər,o cümlədən əyyaşlıq da edər vəs.

Amma hadisənin kökündə dayanan motiv və Rüfət Rəhimovun yandırmaq üçün niyə məhz baş həkimin otağını seçməsi obyektiv araşdırılmalıdır.TƏBİB-in idarəedici şəxsləri bu haqda ciddi düşünməlidir.O cümlədən indiyə kimi digər səhiyyə müəissələrinin  direktorları, baş həkimləri tərəfindən 70 Ç maddəsi ilə işdən çıxardılan həkim,tibbi personal və diğər şəxslərin şikayətlərinin obyektiv araşdırılmasına diqqət yetirməlidir.Elə deyilmi?

Hadisədən sonra Baku TV-nin hazırladığı süjeti də təqdim edirik:

Faktinfo.az 

 



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər