Rüfət Səfərova qarşı yeni İTTİHAMLAR
Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən məlumat Qafqazinfo.az-a təsdiq edilib.
Məlumata görə, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub.
Bununla bağlı araşdırma aparılır.
***
Hüquq müdafiəçisi Rüfət Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
Bu barədə onun vəkili Bəhruz Bayramov APA-ya açıqlamasında bildirib.
Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq işləri aparılır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın