Rus aviaşirkətləri müflisləşmə ərəfəsində - 30-dək şirkət sanksiyaların qurbanı ola bilər

Rus aviaşirkətləri müflisləşmə ərəfəsində - 30-dək şirkət sanksiyaların qurbanı ola bilər 

Rusiya daxilində sərnişin axınının dörddə birindən çoxunu (26%) təmin edən 30-a yaxın Rusiya aviaşirkəti 2025-ci ildə müflis ola bilər.

Bu barədə “İzvestiya” məlumat yayıb.

Xəbərdə deyilir ki, Rusiyaya qarşı sanksiyalar onun mülki aviasiyasına çox böyük zərbə vurub.

Maliyyə vəziyyətinin kəskin pisləşməsi və operator sertifikatlarının ləğvi, hava daşıyıcılarını xarici təyyarələrin lizinqinə görə yığılmış borcları səbəbindən müflis olmaq təhlükəsi yaradır.

Bildirilir ki, 2022-ci ildə sanksiyaların tətbiqindən sonra onların bir çoxu lizinq ödənişlərini dayandırıb. 2025-ci ildə hökumət onlara borcların silinməsinə icazə verib, lakin bu məbləğlərdən 25% gəlir vergisi tutulacaq. Sanksiyalarla yanaşı, həm də bu maliyyə yükü onları bağlanmağa məcbur edə bilər./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər