Rus ekspertdən inanılmaz: Türkiyənin 10 ilə nüvə silahı olacaq

Rus ekspertdən inanılmaz: Türkiyənin 10 ilə nüvə silahı olacaq 

Türkiyə olduqca inkişaf etmiş ölkədir və lazım gələrsə nüvə silahının yaradılması ilə bağlı mütəxəssislər hazırlaya bilər.

Bu sözləri rusiyalı siyasi ekspert İqor Nikulin deyib.

“Türkiyə həm daxildə bu yöndə mütəxəssislər yetişdirə bilər, həm də xaricdən dəvət edə bilər. Əgər Türkiyə təkbaşına hərəkət etsə 10 ilə, texniki yardımla isə 5-6 ilə nüvə silahına sahib ola bilər”, - deyə ekspert bildirib.

Qeyd edək ki, Almaniya Xarici İşlər naziri Siqmar Qabriel Türkiyənin Qərbdən tamamilə ayrılması durumunda Ankaranın nüvə silahına sahib olacağını bildirmişdi.Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi