"Rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar,lakin..." -Aqiyə Naxçıvanlı
"1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış rüsvayçı Türkmənçay sülh müqaviləsinin nəticəsində 40000 erməni milli azlıq kimi yaşadıqları İrandan köçürülərək Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı.
Bundan təxminən bir il sonra, 1829-cu ildə Osmanlı və Rus imperiyaları arasında bağlanmış Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan daha 90000 erməni də Azərbaycanda, əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında yerləşdirildi. Ermənilərin üzsüzlüyü, məskunlaşdıqları ərazilərdə ilk günlərdən yerli sakinlərə qarşı dözümsüzlük və düşmənçilik nümayiş etdirmələri, onları öz dədə-baba yurdlarından sıxışdırmaları hətta bu etnosu himayə edən rusların özlərini də heyrətləndirirdi.Bu proses Rusiya imperiyasının siyasətinə uyğun olaraq sonrakı illərdə də davam etdirildi.Məsələ bundadır ki,Rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar. Lakin tarix göstərdi ki, satqın və yalançı xislətə malik bu etnosun xəyanətlərindən onların ən sadiq himayədarlarını belə heç nə sığortalaya bilməz.Təsadüfi deyil ki, bu gün Ermənistan rəhbərliyinin Fransanın timsalında özlərinə yeni himayədar tapmaq naminə açıq-aşkar anti-Rusiya siyasəti aparmaları heç kimi təəccübləndirmir."
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Daha sonra deputat ermənilərin azərbaycanlılara qarşı iki əsr ərzində davamlı olaraq həyata keçirdikləri soyqırımı siysətinin dəhşətli nəticələrinin bu gün də aşkar edildiyini qeyd edərək bunları deyib: “Azərbaycan ərazilərində məskunlaşdırıldıqdan sonra keçən təxminən ilk 100 il ərzində ermənilər rus himayədarlarının köməyi ilə bir çox ərzilərimizdə demoqrafik tərkibin öz xeyirlərinə dəyişməsinə nail oldular. Bu isə Azərbaycan torpaqlarında ilk erməni dövlətinin yaradılmasına yol açdı. Bu dövlət yaranandan sonra dərhal öz ərazilərini qonşu ölkələrin və ilk növbədə əlbəttə ki, Azərbaycanın hesabına böyütməyə başladı. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində uydurma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.
O cümlədən, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qoyulmuşdur. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Bu hadisələr zamanı qətlə yetirilənlərin sayı on minlərlə ölçülür. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ,Naxçıvan, Şamaxı,Quba, Xaçmaz, Lənkəran, Salyan,Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş,10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.Etiraf olunmalıdır ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixinə deyil, ümumilikdə bəşər tarixinə də ən qanlı faciələrdən biri olaraq düşmüşdür.Lakin erməni faşistlərinin xalqımıza qarşı xüsusi qəddarlıqla törətdikləri kütləvi qırğınlar və soyqırımı aksiyaları XX əsrin sonlarında da baş vermişdir. Buna növbəti sübutlardan biri kimi artıq işğaldan azad olunmuş Xocalı şəhərində bu ilin fevral ayında aşkar olunmuş daha br kütləvi məzarlığı göstərmək olar. Heç şübhəsiz Xocalı qətliamı da xalqımıza qarşı ermənilərin həyata keçirdikləri soyqırımı siyasətinin bariz nümayişidir."
A.Naxçıvanlı bu gün bütün dünya ölkələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün tanınması və qəbul edilməsi istiqamətində dövlətimiz tərəfindən aparılan işlərin son dərəcə böyük əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğulayıb: “Məlumdur ki, ermənilərin xalqımıza qarşı törətdikləri 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması kimi vacib və əhəmiyyətli bir işin başlanması ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə mümkün olmuşdur. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində aşkarlanmış kütləvi məzarlıqdan tapılan insan cəsədləri üzərində aparılan tibbi ekspertiza və antropoloji araşdırmalar nəticəsində bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımının qurbanları olduğu sübuta yetirildi.
Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir.Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Əlbəttə ki, bu gün işğala son qoymuş, özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, Qarabağda erməni separatizminin kökünü kəsmiş Azərbaycan öz şəhidlərinin qisasını döyüş meydanlarında aldı. 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsində, eləcə də ötən ilin sentyabr ayında keçirilmiş antiterror tədbirinin gedişində Şanlı Azərbaycan Ordusu düşməni darmadağın edərək öz gücünü bütün dünyaya göstərdi. Bəli, Azərbaycan dövləti bütün Cənubi Qafqazda sülh naminə, bütün region xalqlarının rifahını nəzərə alaraq Ermənistanla ədavət səhifəsini çevirməyə hazır olduğunu bildirir, sülh sazişinin imzalanması ilə bağlı çağırışlar edir. Bununla belə, Azərbaycan xalqı erməni vəhşiliklərini heç zaman unutmayacaq və bu cinayətləri törədənlər mütləq öz cəzalarını alacaqlar" – deyə, Aqiyə Naxçıvanlı bildirib.
Bu xəbər üçün şərh yazın