Rus ordusu 4 istiqamətdə irəliləyib – “Deepstate” yeni məlumat dərc etdi
Rus ordusu Novoandreyevka, Novovasilyevka, Daçnoye, Razliv, Yantarnı və Andreyevka ərazilərində irərliləyib.
Bu barədə “DeepState” monitorinq mərkəzinin məlumatında deyilir.
Qeyd olunub ki, rusların Çasov-Yar istiqamətində irəliləyib-irəliləmədiyi dəqiqləşdirilməyə çalışılır.
110 saylı ayrı-ayrı mexanikləşdirilmiş briqadanın ictimaiyyətlə əlaqələr xidmətinin rəisi Mark Bezruçko İvan Sekaç bildirib ki, rusların Donetsk vilayətindəki Velyka Novosilkadan daha da irəli gedə bilmələri üçün çox səy göstərmək lazım olacaq:“Çünki orada dayaq yeri yoxdur. Qəsəbədəki su maneəsi körpübaşında qüvvələrimizə dəstək verən əsas amildir. Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin körpübaşında və Velyka Novosilkada olan bölmələri gücləndirilib”./Azpolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın