Rus ordusu Kurskda 2 yaşayış məntəqəsini geri qaytardı
Rusiya ordusu Kursk vilayətində 2 yaşayış məntəqəsini azad edib.
Bu barədə "Əhməd" xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov Teleqram kanalında bildirib.
Məlumata görə, əməliyyatlar zamanı Nijnaya Parovaya və Neçayev yaşayış məntəqələri azad edilib.
Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə daxil olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın