"Rusiya ilə danışıqları tamamilə dayandıra bilərik" - Zelenski
Ukrayna Rusiya ilə danışıqları tamamilə dayandıra bilər.
Report.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində deyib.
“Buna səbəb əsir götürülən mülki şəxslərin və əsgərlərin öldürülməsi olacaq. Əgər Rusiya onları öldürməyə davam edəcəksə, Moskva ilə diplomatik danışıqları davam etdirə bilmərik”, - dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Ukrayna lideri daha əvvəl də bu barədə danışmışdı. O buna səbəb kimi Mariupolun müdafiəçilərinin məhv edilməsini göstərmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın