RUSİYA KİV-ləri ERMƏNİCƏ “DANIŞIRLAR” -

RUSİYA KİV-ləri ERMƏNİCƏ “DANIŞIRLAR” - Rusların tarixi Azərbaycan torpaqlarından erməni dövləti yaratdıqlarını bilə-bilə

Rusiya KİV-nin məlumatına görə, oktyabrın 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan İsveçrə Milli radio və televiziyasına (RTS) verdiyi müsahibədə bəyan edib ki, Qarabağ münaqişəsi zonasında sülhün və sabitliyin bərqərar olmasında Rusiyanın rolu olduqca əhəmiyyətlidir.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, ölkəsi Rusiya ilə daim əlaqədədir, o cümlədən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) formatı üzrə. Artıq bəyan edilib ki, əgər vəziyyət daha da gərginləşərsə və hərbi əməliyyatlar Dağlıq Qarabağ hüdudlarından kənara çıxarsa, Rusiya və KTMT Ermənistanın təhlükəsizliyinin təmin olunması üzrə öz öhdəliklərini yerinə yetirəcəklər (Nikolçik sadəcə, Rusiyanın və KTMT-nın boynuna yük qoyur!).

Həyasızlığın dərəcəsinə bir baxın - Emənistan silahlı qüvvələri Azərbaycan ərazilərində müharibə aparır, öz ərazilərindən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur, Rusiyadan isə özünün təhlükəsizliyinin qorunmasını müstəsna sırtıqlıqla «tələb edir». Bu tələbin başqa bir «üzü» də var - KTMT təkcə Rusiya deyil və onun digər üzvləri (məsələn, Qazaxıstan, Belarus, Qırğızıstan) heç də faşist Ermənistanı qorumağa borclu deyil…

Amma görün, Nikolçik hansı həyasızlıq zirvəsinə yüksəlir: «Böyük hesabla, fikirləşirəm ki, Qarabağ bölgəsində sabitliyin və sülhün bərpa olunmasında Rusiyanın rolu daha böyükdür - ATƏT Minsk Qrupunun həmsədrlərindən biri kimi». O, əmin olduğunu bildirib ki, Minsk Qrupunun 3 həmsədrindən biri kimi, Rusiya bölgəyə hamıdan yaxındır və burada iştirakı hamıdan artıqdır (əlbəttə, Rusiyanın Ermənistanda hərbi bazası var!). O biri iki həmsədr (Fransa və ABŞ) isə Rusiyanın səylərini dəstəkləməlidir.

İsveçrə radio-televiziyasına müsahibəsi zamanı Nikolçik yenə də müstəna həyasızlıqla yalan-palan «püskürüb» və bildirib ki, bütün tarixi boyu Dağlıq Qarabağın əhalisinin 80 faizi ermənilərdən ibarət olub və indi onlar öz «vətənlərini» itirmək təhlükəsi ilə üzləşiblər.

«Mənim beynəlxalq ictimaiyyətdən gözləntim belədir: xilas olmaq naminə Dağlıq Qarabağın nümunəsində ayrılma (Azərbaycandan - M.A.) prinsipinin tətbiqi» - deyən, Nikolçik həyasızlığın özünün hüdudlarını adlayıb.

Məqamındaca qeyd etməliyəm ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi heç vaxt 80 faiz ermənilərdən ibarət olmayıb, əksinə, ermənilər bu ərazilərə çar Rusiyası tərəfindən köçürülüblər. Azərbaycanı isə Rusiya 1828-ci il Türkmənçay müqavləsi ilə öz tərkibinə birləşdirib. O zaman indiki Ermənistan əraziləri də Azərbaycan olaraq, Rusiyanın tərkibinə qatılıb. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edib və nə qədər kədərli olsa da, baxıb görmüşük ki, 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Rusiyanın tərkibinə qatılmış Azərbaycanın ərazilərinin təxminən, 80 faizi «yoxa çıxıb». İndi İsveçrə radiosu bilməsə də, Rusiya KİV-ləri bilməmiş deyillər ki, məhz Rusiya Azərbaycanın həmin «yoxa çıxmış» torpaqlarında hibrid bir erməni dövləti yaradıb. Nə yazıq ki, indi Rusiya KİV-ləri də ermənicə düşünməyə və danışmağa - Paşinyanın yalanlarını elə onun özü qədər həyasızlıqla təkrar etməyə üstünlük verirlər.

Amma yaxşı olardı ki, ədalət naminə, rusiyalı jurnalistlər özlərinə əziyyət verəydilər və Türkmənçay müqaviləsinin mətninə ötəri bir nəzər salaydılar - axı o sənəd ermənicə yox, rusca yazılıb. Nədən ki, sadəcə, həmin dövrdə (1828-ci il) yer üzündə Ermənistan adlı dövlət olmayıb! Heç olmasa, özünüzə və sənətinizə hörmətlə yanaşın, cənablar (xanımlar) - jurnalistikanı (publisistikanı) fahişəlik səviyyəsizliyinə endirməyin!!!

Mirzə AĞ

AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi