Rusiya Könüllülər Korpusu Belqorod və Kurskda - Hərbçiləri əsir götürüblər?

Rusiya Könüllülər Korpusu Belqorod və Kurskda - Hərbçiləri əsir götürüblər? + VİDEO

Ukrayna tərəfində döyüşən rusiyalı könüllülər Belqorod və Kursk vilayətlərində hərbi əməliyyatları davam etdirirlər.

AzPolitika xəbər verir ki, Rusiya Könüllülər Korpusunun bugünkü bəyanatında “Rusiyanın Belqorod və Kursk bölgələrində məhdud hərbi əməliyyat davam edir”, - deyə bildirilir: “Rusiya Müdafiə Nazirliyinin RKK-nın bütövlükdə məhv edilməsi ilə bağlı verdiyi bütün açıqlamalar növbəti yalandır”.

Rusiyalı könüllülər bunun təsdiqi kimi paylaşdıqları videoda Rusiya silahlı qüvvələrinin əsir götürdükləri hərbçilərini nümayiş etdiriblər. 

Onlar həmçinin, Belqorod qubernatoruna əsir mübadiləsini təklif ediblər: "Və biz bir daha qubernator Qladkovu əsirləri ona təhvil vermək üçün görüşə dəvət edirik".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər