"Rusiya nüvə triadasında müasir gəmilərin payı 100%-ə çatıb" -

"Rusiya nüvə triadasında müasir gəmilərin payı 100%-ə çatıb" - Şoyqu

"Zirkon" raketləri ilə təchiz edilməsi planlaşdırılan "Admiral Qolovko" freqatı dövlət sınaqlarından keçirilir.

APA.az-ın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Sakit Okean Donanmasının tərkibinə daxil olacaq strateji raket sualtı gəmisi "İmperator III Aleksandr"ın dövlət sınaqları tamamlanır.

Şoyqu qeyd edib ki, Rusiya nüvə triadasında müasir gəmilərin payı 100%-ə çatıb: "Bu il Rusiya hərbi dəniz donanmasının sualtı qüvvələrinə “Kalibr” raket sistemlərinə malik üç çoxməqsədli sualtı qayıqlar daxil olacaq".

Şoyqu Rusiya gəmilərinin 2023-cü ildə Dünya Okeanında NATO dəniz qüvvələrini nəzarətdə saxlamaq üçün döyüş xidməti zamanı 50-dən çox yürüş edib.

Rusiya MN başçısı strateji nüvə qüvvələrinin bütün komponentlərini daim hazır vəziyyətdə saxlamağı vacib vəzifə adlandırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər