
Rusiya öz təyyarəsini vurdu
Rusiya Krım üzərində öz təyyarəsini vurub.
Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk bildirib.
O, qeyd edib ki, Krımdakı neft anbarı Ukraynanın pilotsuz təyyarələrinin zərbələri sayəsində yanan yeganə yer deyil.
"Orada hələ də yanır. Amma bu gün başqa yer də yanır. Onlar Ukraynanın hücumlarını o qədər dəf etdilər ki, Krım üzərində öz təyyarələrini vura bildilər. Mübarizə davam edir", - Pletençuk bildirib.
Jurnalist ondan təyyarə ilə bağlı hər hansı detalın olub-olmadığını soruşduqda, Pletençuk zarafatla deyib:“Hazırda hissələr Krımda yığılır".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın