Rusiya qanlı hücumu bu silahla edib -

Rusiya qanlı hücumu bu silahla edib - Zelenski

Aprelin 24-nə keçən gecə Kiyevə edilən və azı 12 nəfərin həyatına son qoyan hücumu Rusiya işğalçı qüvvələri Şimali Koreyada istehsal olunan ballistik raketdən istifadə edərək həyata keçirib.

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, hazırda Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri bütün detalları yoxlayır:

"Şimali Koreyada bu raketin istehsalı ilə bağlı məlumat təsdiqlənərsə, bu, Rusiya ilə Pxenyan arasındakı ittifaqın cinayətkarlığına daha bir sübut olacaq. Onlar insanları öldürürlər. Rusiya daim bu cür silahlardan - raketlərdən, artilleriyadan istifadə edir. Bunun müqabilində Pxenyan öz silahlarını real müharibə şəraitində daha ölümcül vəziyyətə yoxlamaq imkanı əldə edib".

Zelenskinin sözlərinə görə, dünyanın heç bir ölkəsi bu cür təhlükələr qarşısında tək qalmamalıdır.

Qeyd edək ki, aprelin 24-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya kütləvi hücuma keçib. Ruslar X-101, "Kalibr", ballistik raketlər və pilotsuz təyyarələrdən istifadə edib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi