Rusiya təyyarə əvəzinə maketləri vurur
Son dövrlər Ukrayna müharibə meydanında maketlərdən istifadəni xeyli artırıb.
Ukrayna Silahlı Qüvvələri Ukrayna təyyarələrini, HHM sistemlərini əks etdirən maketlərə Rusiyanın “İskəndər” raketlərinin hücumunu əks etdirən videoçarx nümayiş etdirib.
Bu, Ukrayna Hərbi Hava Qüvvələrinin saxta hava hücumundan müdafiə mövqelərinin, təyyarə stendlərinin və digər texnika maketlərinin istifadəsinin effektivliyini göstərib.
Ukrayna Silahlı Qüvvələri nümayiş etdirdiyi videonun şərhində qeyd edir ki, "saxta hava hücumundan müdafiə mövqeləri, təyyarə stendləri və Hərbi Hava Qüvvələrinin digər avadanlığı effektiv işləyir". Qeyd olunur ki, bununla da düşmən daha çox resurs, kəşfiyyat vasitələri, ballistik və qanadlı raketlər, hücum PUA-ları sərf edir: “Maket nə qədər çox olsa, bir o qədər yaxşıdır!”/AzPolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın