Rusiya Ukraynada kimyəvi silahdan istifadə edib – Böyük Britaniya dövlət qurumlarına sanksiya qoydu

Rusiya Ukraynada kimyəvi silahdan istifadə edib – Böyük Britaniya dövlət qurumlarına sanksiya qoydu 

Böyük Britaniya Rusiya ordusunun Ukraynaya qarşı kimyəvi silahdan istifadə etdiyinə görə bu ölkənin üç dövlət qurumuna və bir şəxsə qarşı sanksiya tətbiq edib.

Britaniya hökumətinin saytında dərc edilən açıqlamaya görə, söhbət Beynəlxalq Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (OPCW) kimyəvi silah kimi təsnif etdiyi xloropikrin maddəsinin döyüş meydanında istifadə edilməsindən gedir.

Sanksiya siyahısında Rusiya silahlı qüvvələrinin radioloji, kimyəvi və bioloji müdafiə qoşunları və kimyəvi silahdan istifadədə, dezinformasiyanın yayılmasında birbaşa iştirakda ittiham olunan İqor Kirillov da var. O, sözügedən qurumun rəhbəridir. Siyahıya Rusiya Müdafiə Nazirliyinin 27 və 33-cü tədqiqat mərkəzləri də daxildir. Onların kimyəvi və bioloji silahların hazırlanması ilə əlaqəli olduğu iddia edilir.

ABŞ və müttəfiqləri bu ilin mayında Rusiyanı Ukraynaya qarşı müharibədə kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Eyni zamanda, ABŞ Rusiyanın Kimyəvi Silahlar Konvensiyasını pozduğu iddiası ilə bağlı sanksiyalar tətbiq edib.

Dövlət Departamenti belə qənaətə gəlib ki, Rusiya Ukrayna hərbçilərinə qarşı xloropikrin kimyəvi agentindən istifadə edib. Bu maddə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının qara siyahısına daxil edilib. Xloropikrin sinir agenti deyil - ən təhlükəli - zəhərli maddədir, lakin qıcıqlandırıcı və yüksək konsentrasiyalarda boğucu təsir göstərir. Xüsusilə Birinci Dünya müharibəsində istifadə olunub.

Ukrayna ordusu daha əvvəl rus qoşunlarının döyüş meydanında kimyəvi maddələrdən istifadə etdiyini açıqlamışdı. Onların istifadəsi nəticəsində itkilərin miqyası, nəticədə rus qoşunlarına hər hansı bir uğur qazandırıb-qazandırmaması barədə məlumat verilmir.

“AzPolitika.info”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər