Rusiya Zelenskinin görüntüsü ilə saxta video hazırlayır
Rusiya Ukraynaya qarşı "deepfake" texnologiyasından istifadə etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, Rusiya tərəfi təxribat üçün Ukrayna Prezidenti Vladimir Zelenskinin görüntülərindən istifadə edərək saxta videolar hazırlayır.
Süni intellektə əsaslanan insan imicinin sintezi metodu olan "deepfake" texnologiyası çaxnaşma salmaq, ordunu təslim olmağa və əhalidə ruh düşkünlüyü yaratmağa yönəlib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın