Rusiyada bütün yanacaq növləri bahalaşdı

Rusiyada bütün yanacaq növləri bahalaşdı 

Sankt-Peterburq Beynəlxalq Ticarət Birjasında bütün növ yanacaqlar bahalaşıb.

 Aİ-92 markalı benzin 1,69 faiz bahalaşıb. Bahalaşma Aİ-95 markalı benzində 1,74 faiz, dizel yanacağında 1,81 faiz olub. 

 Qiymət artımı mazut (1,64 faiz), mayeləşdirilmiş qazda da (1,81 faiz) qeydə alınıb. 

 Qeyd edək ki, Rusiyada yanacağın qiymətinin artması ABŞ-nin yanvar ayında tətbiq etdiyi sanksiyalardan sonra baş verib./Sfera.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi