Rusiyada dollar BAHALAŞIB
Bu gün Moskva birjasında dolların məzənnəsi noyabrın 3-dən bəri ilk dəfə olaraq 93 rublu ötüb.
Bakı vaxtı ilə saat 08:40-a olan məlumata görə, dollar 0,79% bahalaşaraq 93,0025 rubl təşkil edib.
Eyni zamanda, avro 0,42% bahalaşaraq 100,4 rubla, yuan isə 0,73% bahalaşaraq 12,972 rubla yüksəlib.
Rublun ucuzlaşması - neft qiymətlərinin düşməsi, Rusiyada vergi ödənişləri dövrü başa çatdığından şirkətlərin xarici valyuta satışlarının azalması ilə əlaqədardır./Marja.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın