"Rusiyada Ermənistandan daha çox erməni yaşayır" – Kremldən İrəvana növbəti xəbərdarlıq
"Rusiya sərhədçilərinin İrəvan hava limanından çıxarılması ilə bağlı bizə heç bir müraciət olmayıb".
AzPolitika xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bu gün jurnalistlərə açıqlamasında bildirib.
“Rusiya Rusiya sərhədçilərinin "Zvartnots" hava limanından çıxarılması ilə bağlı qəbul edilmiş qərarlardan xəbərsizdir, heç kim bu qərarları rəsmi kanallar vasitəsilə bizə çatdırmayıb.Biz həm MDB, həm Avrasiya İqtisadi İttifaqı, həm də bütün istiqamətlərdə ikitərəfli münasibətləri davam etdiririk", – Peskov bildirib.
Kreml sözçüsü daha sonra eyhamla "Bilirsinizmi ki, Rusiyada Ermənistandan daha çox erməni yaşayır", - deyib.
Rəsmi İrəvan "Zvartnots" hava limanında, eləcə də Ermənistanın sərhədlərində otuz ildən artıqdır ki, xidmət aparan rus sərhədçilərinin effektivliyini şübhə altına alır. Parlamentin spikeri Alen Simonyan ötən həftə Rusiya sərhədçilərinin “Zvartnots” hava limanını tərk etmələrinin vacibliyini bildirib.
"Biz ölkəmizin sərhədlərini qoruyacağıq, amma əmin deyiləm ki, onlar bizim ölkəmizin sərhədlərini qoruyacaqlar", - Simonyan vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu məlumatı təsdiq edə bilməyəcəyini deyib.
Bu xəbər üçün şərh yazın