Rusiyada müxalifət liderinə hücum olub
Rusiya Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnıya naməlum şəxslər tərəfindən hücum edilib.
Hücum müxalifət lideri "Exo Moskvı" radiostansiyasının binasına daxil olarkən olub. Bu barədə Aleksey Navalnı özünün Twitter hesabından yazıb.
Navalnının sözlərinə görə, onun üstünə un və çürümüş südə bənzəyən maye səpiblər. Müxalifətçi onun bilərəkdən koronavirusa yoluxdurulmasına cəhd edildiyini istisna etmədiyini bildirib. Siyasətçi hücum edənləri “degenerat” və “Putinin dəstəsi” adlandırıb.
Navalnı daha sonra bildirib ki, ona 2017-ci ildə üzünə anilin turşusu və ya Rusiyada “zelyonka” kimi tanınan mayeni atanlar hücum ediblər. O vaxt Navalnının gözləri kimyəvi yanmaya məruz qalmışdı.
Aleksey Navalnı "Exo Moskvı" radiostansiyasına “Şərti olaraq sizin” adlı proqramda iştirak etmək üçün gəlmişdi. Bu proqramı Moskva işi üzrə keçmiş müttəhim Yeqor Zukov aparır.
Ötən həftə Navalnı iki yeni ifşaedici video ilə çıxış etmişdi. Bu videoda Putin başda olmaqla hakimiyyətlə yanaşı RT kanalının baş redaktoru Marqarita Simonyan və onun əri Tiqran Keosayan külli məbləğdə korrupsiyada ittiham olunurdular./azadliq.org
Bu xəbər üçün şərh yazın