Rusiyada təyyarə qəzasına görə cinayət işi açıldı
Aktauda fövqəladə hadisədən sonra Rusiya İstintaq Komitəsi hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb, mülki və hərbi mütəxəssislər dindirilir.
Bu barədə Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin telefon danışığına istinadən məlumat yayıb.
Rusiya İstintaq Komitəsi Cinayət Məcəlləsinin 263-cü (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açıb. İbtidai istintaq hərəkətləri aparılır, mülki və hərbi mütəxəssislər dindirilir”, - məlumatda qeyd olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın