RUSİYADAN AZƏRBAYCANA GÖNDƏRİLƏN PULDA KƏSKİN AZALMA

RUSİYADAN AZƏRBAYCANA GÖNDƏRİLƏN PULDA KƏSKİN AZALMA 

2024-cü ildə Rusiyadan MDB ölkələrinə, xüsusilə Azərbaycana yönələn pul köçürmələrinin həcminin kəskin şəkildə azalması regional maliyyə axınlarında ciddi dəyişikliklərə səbəb olub.

Bu azalma bir sıra iqtisadi və maliyyə amillərinin təsiri ilə baş verib. Beynəlxalq sanksiyalar, rublla ticarət çətinlikləri, inflyasiya və Rusiya iqtisadiyyatının üzləşdiyi problemlər bu ölkədə vətəndaşların maliyyə vəziyyətini mənfi yöndə təsir edib. Nəticədə Rusiyada yaşayan və işləyən bir çox miqrantın ölkəsinə göndərdiyi vəsaitlərdə əhəmiyyətli azalmalar baş verib.

Son bir ildə banklar, “Zolotaya Korona”, “Unistream” və “Contact” platformaları vasitəsilə Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin səviyyəsi xeyli aşağı düşüb. Qonşu ölkələrə münasibətdə ən böyük azalma Azərbaycana göndərilən pul baratlarının həcmində qeydə alınıb.

Hələlik 2024-cü il üzrə yekun məlumatlar tam açıqlanmasa da ötən ilin sonuna olan göstəricilər ciddi azalma olduğunu göstərir. Belə ki, 2024-cü ildə Azərbaycana – 410,7 milyon dollar göndərilib. Bu da bir il əvvəllə müqayisədə yarıbayarı azdır.

Qeyd edək ki, Azərbaycana göndəriklən pul baratlarının həcminə görə Rusiya birinci yerdədir. 2023-cü illə müqayisədə Rusiyanın payı 65 faizdən 48 faizə ensə də liderliyini qoruyur. Əvəzindən ikinci yerdə olan Türkiyənin payı 9 faizdən 15,4 faizə, üçüncü yerdə olan ABŞ-dan göndərişlərin xüsusi çəkisi 4,5 faizdən 5,7 faizə yüksəlib.

Ümumilikdə ötən ilin 9 ayında xarici ölkələrdən ölkələrədn göndərilən pul köçürmələri 848 milyon dollar olub. Bu bir il əvvəllə müqayisədə 34 faiz azdır. Azalmaya Rusiyadan göndərilən vəsaitin az olması səbəb olub.

Rusiyadan Qazaxıstana 132,8 milyon dollar köçürülüb ki, bu da 2023-cü illə müqayisədə 44 faiz azdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi