Rusiyadan Azərbaycana köçürülən pullar 2 dəfə azalıb – Məbləğ
Bu ilin ilk rübü ərzində fiziki şəxslər tərəfindən Azərbaycana 294 milyon 420 min dollar pul köçürülüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə pul köçürülməsi 157 milyoin 119 min dollar azalıb.
Qeyd edək ki, Azərbaycana ən çox Rusiyadan pul köçürülüb. Bu ilin ilk 3 ayı ərzində Rusiyadan Azərbaycana 155 milyon 376 min dollar köçürülüb və ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalıb.
Bundan başqa Azərbaycana Türkiyədən 39,9 milyon dollar, ABŞ-dan 14,4 milyon dollar, Gürcüstandan 9,3 milyon dollar pul köçürülüb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın