Rusiyadan Türkiyə ilə bağlı açıqlama: “Yol tapmağa çalışırıq”
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Suriya məsələsi ilə bağlı Türkiyə və Rusiya arasında fikir ayrılıqlarının olduğunu, lakin ortaq yol tapılması üçün çalışıldığını açıqlayıb.
Aznews.az “Habertürk” qəzetinə istinadən bildirir ki, Ryabkov açıqlamasında “Türkiyə də Rusiya kimi ciddi milli mənafeləri olan bir ölkədir. Mövqelərimiz tam olaraq üst-üstə düşməsə də, bu, normaldır.
Ortaq cəhətlərin tapılması üçün diplomatiya, siyasət və hərbi diplomatiyadan istifadə olunur” – deyə, vurğulayıb.
Rusiya xarici işlər naziri müavini Suriyada terrorçuların provakativ olaraq kimyəvi silahdan istifadə etməsi, buna görə də Dəməşqin təqsirləndirilərək hücumların baş verəcəyi ilə bağlı xəbərdarlıq edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın