Rusiyalıların Avropaya cəmi bir yolu qaldı – Finlandiya da Rusiya ilə quru sərhədini bağlayır
Cümə günündən etibarən Finlandiyanın cənub-şərq sərhəd keçid məntəqələri bağlanacaq.
AzPolitika.info xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo bəyan edib.
Baş nazir bunu ölkənin təhlükəsizliyi və kütləvi qaçqın axını ilə izah edib. Beləliklə də Rusiya ilə sərhəddəki 4 keçid məntəqəsi cümə günü gecədən etibarən fəaliyyətini dayandıracaq.
Xəbərdə qeyd olunur ki, bundan sonra “Şengen vizası” olan rusiyalılar üçün Avropaya cəmi bir quru yolu qalır, o da Murmansk vilayətindən Norveçə keçməklə.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın