Rusiyanı ölkədən bu cür qovaq - Sərkisyan
Erməni sosioloq Karen Sərkisyan Rusiyanı Ermənistandan qovmağı təklif edib.
O, Rusiyanı Ermənistana qarşı hibrid müharibə aparmaqda ittiham edib.
“Fikrimcə, Rusiyanı Ermənistandan süpürgə ilə qovmalıyıq. Əməkdaşlığı bitirmək, rus telekanallarını ləğv etmək, rus məktəblərini bağlamaq, bizə göndərdikləri kitablarını kubik halına salıb elə qovduğumuz ruslar vasitəsilə ölkələrinə göndərmək lazımdır. Konsulluq açmaqlarına imkan verməməliyik, sərhədçilərini, Rusiyadan gəlib burada sinaqoqu yandırmağa cəhd edən əclafları qovmalıyıq. Onları döymək lazımdır ki, yaxın 100 il ərzində Ermənistanı xatırlayarkən kəkələsinlər. Rusiya Ermənistandan abidələri ilə birgə qovulmalıdır!” – Karen Sərkisyan bildirib./Globalinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın