Rusiyanın bir nömrəli kriminaliteti azadlığa çıxır - Yeni qarşıdurma gözlənilir

Rusiyanın bir nömrəli kriminaliteti azadlığa çıxır - Yeni qarşıdurma gözlənilir 

Rusiyanın bir nömrəli "qanuni oğrusu" hesab edilən Zaxari Kalaşov (Şakro Molodoy) yaxın vaxtlarda azadlığa çıxa bilər.

Qaynarinfo.az xəbər verir ki, hələ bu ilin fevral ayında "Şakro Molodoy"un azadlığa çıxacağı barədə Rusiya mediasında məlumat yayılmışdı.

 

Həmin vaxt iddia edilirdi ki, Zaxari Kalaşovun məhkumların "Vaqner" özəl hərbi birləşməsinin tərkibində Ukraynaya qarşı döyüşməsinə "yaşıl işıq" yandırıb. Onun bu addımı vaxtından tez azadlığa buraxılmasını şərtləndirib. 

 

Yeni məlumatlarda bildirilir ki, artıq "Şakro Molodoy"un azadlığa qovuşması reallığa çevrilir.

 

O, mərhum azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) rəqibi kimi tanınırdı. Daha doğrusu, "Lotu Quli"nin qısa zaman kəsiyində kriminal dünyada nüfuz sahibinə çevrilməsini, bir çox "qanuni oğru"ları ətrafında birləşdirməsini həzm etmirdi.Bu baxımdan, zaman-zaman "Lotu Quli"yə qarşı hücumlar təşkil etdirir, onu müfuzdan salmağa çalışırdı.Bu barədə Rusiya mediasında da kifayət qədər məlumat yayılıb. 

 

"Şakro Molodoy" həm də mərhum "qanuni oğru" Aslan Usoyanın varisi hesab edilir. Bu isə o deməkdir ki, Zaxari Kalaşov azadlığa çıxdıqdan sonra yenidən iki böyük klanla üz-üzə gələ bilər. Bunlardan biri Nadir Səlifovun (hazırda klanın rəhbəri qardaşı Namiq Səlifovdur - Namiq Bakinski), digəri isə Merab Canqveladze (Tariel Oniani) klanıdır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər