
"Rusiyanın da kartı yoxdur" - Tramp
Təkcə Ukraynanın deyil, Rusiyanın da kartları yoxdur, buna görə də sülh sazişi bağlamalı olduqlarını deyirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Amerika lideri Rusiya-Ukrayna müharibəsini növbəti dəfə “mənasız” adlandırıb və buna son qoyacağını bəyan edib.
"Onların kartları yoxdur, əslində heç kimin yoxdur. Rusiyada da yoxdur. Lazım olan tək şey sövdələşməyə getmək və insanları öldürməyi dayandırmaqdır. Bu, mənasız müharibədir, biz buna son qoyacağıq", - Tramp vurğulayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın