
"RUSİYANIN KİTABI BAĞLANIB..."- "Artıq onu xilas etmək mümkün deyil"
"Bu gün artıq Rusiyanı heç kim xilas edə bilməz. Heç bir möcüzə, yaxud hansısa siyasi qəhrəman gəlib o dağılmaqda, ölməkdə olan vücudu xilas edə bilməz. Bu cür vəziyyətdə belə, bu bədbəxtlər dünənki müttəfiqlərinə, vaxtilə faşizmə qarşı çiyin-çiyinə vuruşduqları xalqlara təzyiqlər göstərir, təcavüzlər edirlər".
Bunu politoloq Zərdüşt Əlizadə yerli mətbuata açıqlamasında bildirib.
"SSRİ dövründə pis-yaxşı formalaşmış bütün sənaye müəssisələrini texnologiyaları dağıtdılar, bütün elm tutumlu,inkişaf etmiş sənaye potensialını tar-mar etdilər,əvəzində isə ciddi heç nə yaratmadılar, qurmadılar", - o, əlavə edib.
Z.Əlizadə xatırladır: “Təsəvvür edin ki, 1989-cuildə dünya aviasiya parkının 40 faizini Sovet İttifaqı istehsal edirdi. İndiki Rusiya isə heç bir faizini də istehsal edə bilmir. Bütün alimləri, texnoloqları pərən-pərən saldılar. Görkəmli rus ailimləri getdilər Amerikada Nobel mükafatı aldılar. Bütün bunlar Rusiyanın siyasi hakimiyyətinin mahiyyətidir. Odur ki, artıq Rusiyanın kitabı bağlanıb.Onun əhalisini də yalnız "vodka", pivə, yemək-içmək maraqlandırır. Bir az imkanı olanlar Türkiyəyə, Misirə, nə bilim Yaponiyaya kefə, dincəlməyə gedirlər. Ölkələrinin gələcəyi isə onları maraqlandırmır”.
Rusiyanın addım-addım uçuruma yuvarlandığını deyən politoloq, Moskvanın Cənubi Qafqazdan da getdiyini vurğulayır.
"Azərbaycandan qoşunlarını çıxardı, Gürcüstandan getdi. İndi yavaş-yavaş Ermənistandan da gedir. Vəssəlam… Bir daha təkrar edirəm, artıq Rusiyanı xilas etmək mümkün deyil. Və buna çox baş qoşmaq lazım deyil. Bizim öz problemlərimiz, xüsusən, daxili problemlərimiz özümüzə bəsdir",- deyə Zərdüşt Əlizadə fikirlərini yekunlaşdırıb.
Bu xəbər üçün şərh yazın