Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu boşa çıxdı -

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu boşa çıxdı - İran dronları məhv edildi

Bu gün səhər saatlarında Rusiya ordusu bir daha 92 ədəd İran istehsalı “Shahed-136/131” PUA-ları ilə Ukrayna şəhərlərini hədəfə alıb.

Məlumata görə, hücumlar zamanı Ukrayna Müdafiə Qüvvələri tərəfindən 56 ədəd “Shahed” pilotsuz təyyarəsi zərərsizləşdirilib. Dronların 26-sı zenit-raket bölmələri tərəfindən, 30-u isə elektron müdafiə sistemləri tərəfindən məhv edilib.

Qeyd olunub ki, İran dronları ilə Ukraynanın Sumi, Xarkov və Donetsk vilayətləri hədəfə alınıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪