RUSİYAYA CASUSLUQ EDƏN GENERAL TUTULDU - FTX ilə bağlantıları ortaya çıxıb + FOTO
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) bu gün xüsusi əməliyyatla Rusiyaya çalışmaqda şübhəli hesab edilən, xüsusi xidmət orqan əməkdaşı sayılan bir yüksək rütbəli zabiti həbs edib.
Ukrayna mediası xəbər verir ki, UTX Rusiya tərəfindən ələ alındığı güman edilən general-mayor Valeri Şaytanovu yaxalayıb. General Şaytanov Adam Osmayev adlı könüllü döyüşçünü öldürməyi planlaşdırırmış.
Xüsusi xidmət orqanları V.Şytabovun həqiqətən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX)işlədiyini müəyyənləşdiriblər.
Rusiyalı casus general UTX-nin “A” adlanan Xüsusi əməliyyatlar mərkəzinin rəhbərlərindən biri olub. Onun Rusiya FTX-nin polkovniki, “Bobıl” ləqəbli İqor Yeqorovla agentura bağlantıları ortaya çıxıb./Musavat.com
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın