Rusiyaya qarşı qəti addımlar atacam - Bayden
Sanksiyalar Rusiya Federasiyasına zərbə vuracaq, lakin Vaşinqton ABŞ iqtisadiyyatını qorumaq üçün lazım olan hər şeyi edəcək.
Bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.
“Mən qətiyyətli addım atacağam ki, sanksiyaların ağrıları Rusiya iqtisadiyyatına yönəlsin, bizə deyil”, - deyə Ağ Ev rəhbəri bildirib.
Onun sözlərinə görə, ABŞ enerji resurslarının təchizatında mümkün fasilələr məsələsini öyrənəcək, bunun üçün neftin əsas istehlakçıları və tədarükçüləri ilə razılaşdırılmış iş aparacaq.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın