Rusiyaya teraktla bağlı demişdik - Ağ Ev
ABŞ Rusiya hökumətini terror aktı barədə xəbərdar edib.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson bildirib.
"ABŞ hökuməti bu "mütləq xəbərdarlıq" siyasətinə əsasən bu məlumatı Rusiya hökuməti ilə də bölüşüb", - Uotson vurğulayıb.
Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.
Teraktdan sonra 7 mart 2024-cü ildə ABŞ-ın öz vətəndaşlarına Rusiyada kütləvi tədbirlərdən uzaq olmaqla bağlı çağırışı gündəmə gəlib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın