Saakaşvili parlament seçkilərində müxalifətə liderlik edəcək
Gürcüstanın ana müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) “Qələbə Koalisiyası”nın əsas lideri həbsdə olan sabiq Prezident Mixeil Saakaşvili olacaq.
APA.az-ın Tbilisi müxbiri xəbər verir ki, bunu partiyanın sədri Levan Xabeişvili jurnalistlərə açıqlamasında deyib.
“Cəmiyyət çox gözəl anlayır ki, “Milli Hərəkat”ın sədri, təsisçisi, lideri var, o da prezident Saakaşvilidir... Müvafiq olaraq, bu seçkilərdə “Milli Hərəkat”ın, “Qələbə Koalisiyasının” əsas lideri Mixeil Saakaşvili olacaq”, - Xabeişvili deyib.
Qeyd edək ki, bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək. VMH və “Aqmaşenebeli Strategiyası” partiyaları artıq qarşıdan gələn seçkilərlə əlaqədar “Qələbə Koalisiyası” formalaşdırıblar. Sabiq Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan Naminə” partiyası koalisiyaya qoşulmayacağını bəyan edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın