
Sabiq "Azərsu" prezidentinin klinikasından maddi və mənəvi ziyan tələb edilir - TƏFƏRRÜAT
"Diaqnoz Tibb Mərkəzi" məhkəməyə verilib.
Qaynarinfo.az-ın məlumatına görə, tibb klinikası barəsində Xətai Rayon Məhkəməsinə şikayət edilib.
Şıxaliyev Tural Fəxrəddin oğlu "Diaqnoz Tibb Mərkəzi" MMC rəhbərliyi ilə bərabər, klinikanın 2015-ci ildən radiologiya şöbəsində həkim-radioloq vəzifəsində çalışan Mirzəyev Aydın Hakim oğlu barəsində iddia qaldırıb.![]()
İddiada "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - maddi ziyanın və mənəvi zərərin ödənilməsi" tələb edilir.
İş Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının icraatındadır.![]()
Qeyd edək ki, "Diaqnoz Tibb Mərkəzi"nin qanuni təmsilçisi Cəbrayılov Namiq Cidalı oğludur. Namiq Cəbrayılov "Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qaynıdır. Namiq Cəbrayılovun adına bir neçə şirkət var. Onun bir qardaşı Natiq Cəbrayılov Bakı Su Kanal İdarəsində, digər bir qardaşı Nurəli Cəbrayılov isə "Azərsu" Su-Tikinti İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Ümumilikdə isə qardaşların adına olan bütün şirkətlərin Qorxmaz Hüseynova məxsus olduğu deyilir.
Faktinfo.az












Bu xəbər üçün şərh yazın