Sabiq gürcü nazirlər ABŞ-a çağırış etdi: Rusiyaya qarşı...
Gürcüstanın ekspert cameəsi ABŞ Dövlət katibi Mayk Pompeonun Tiflis səfəri ərəfəsində ona müraciət ediblər.
Pompeoya göndərilən açıq məktubda Gürcüstanda ABŞ ordusunun daimi əsasda yerləşdirilməsinə ehtiyac duyulduğu bildirilib. Ekspertlər bu addım sayəsində ABŞ-ın həm azadlıq yolunda Gürcüstan xalqını dəstəkləyəcəyi, həm də özünün regional və qlobal maraqlarının qorunmasını təmin edəcəyini bildiriblər.
Pompeoya ünvanlanan məktuba imza atanlar arasında Gürcüstanın keçmiş müdafiə nazirləri İrakli Alasaniya, Tina Xidaşeli, XİN-in keçmiş rəhbəri Tedo Caparidze, Avrointeqrasiya üzrə eks-nazir Aleksi Petriaşvili, Gürcüstanın NATO-dakı eks-səfiri Qriqol Mqaloblişvili, Gürcüstanın ABŞ-dakı eks-səfiri Temur Yakobaşvili, politoloqlar Tornike Şaraşenidze, Gela Vasadze və Kaxa Qoqolaşvili yer alıb.
Qeyd edək ki, Pompeo Tiflisə bu gün gələcək.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın