Sabiq müstəntiqə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasova hökm oxunub.
Bu barədə Qaynarinfo.az-a açıqlamasında zərərçəkən Vüqar Əsədov məlumat verib.
Onun sözlərinə görə, Müşfiq Abbasov 7 il azadlıqdan məhrum edilib:
"Məhkəmə zalında həbs edildi və Kürdəxanı təcridxanasına aparıldı”.
Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.3, 32.4 və 312.2 ci maddələri ilə ittiham olunur. M. Abbasov öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik edib.
Bu xəbər üçün şərh yazın