Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Bu ilin iyul ayının əvvəlinə olan rəsmi məlumatda bildirilir ki, Azərbaycanda 256,5 min nəfərə əlilliyə görə pensiya təyin olunub.

Yeniavaz.com xəbər verir ki,əlilliyə görə pensiya alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,9% azalıb.
Qeyd edək ki, son 10 ildə əlilliyə görə pensiya alanların sayı aşağıdakı kimi olub:

1 Yanvar 2015-ci il – 365,8 min nəfər;
1 Yanvar 2016-cı il – 374,4 min nəfər;
1 Yanvar 2017-ci il – 383,6 min nəfər;
1 Yanvar 2018-ci il – 389,9 min nəfər;
1 Yanvar 2019-cu il – 390,1 min nəfər;
1 Yanvar 2020-ci il – 384 min nəfər;
1 Yanvar 2021-ci il – 373,8 min nəfər;
1 Yanvar 2022-ci il – 347,3 min nəfər;
1 Yanvar 2023-cü il – 273,2 min nəfər;
1 Yanvar 2024-cü il – 258,7 min nəfər;
1 iyul 2024-cü il – 256,4 min nəfər.

Xatırladaq ki, hazırda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri olan Sahil Babayev 7 il əvvəl 2018-ci ilin aprel ayında bu vəzifəyə təyin olunub. Açıqlanan məlumatlardan da göründüyü kimi, Sahil Babayev nazir vəzifəsinə təyin olunduqdan sonra Azərbaycanda əlilliyə görə pensiya alanların sayı sürətlə azalmağa başlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi