Şair- publisist-həkim Fəzail İsmayıl Böyükkişi Prezident İlham Əliyevə müraciət etdi

Şair- publisist-həkim Fəzail İsmayıl Böyükkişi Prezident İlham Əliyevə müraciət etdi 

Şair- publisist-həkim Fəzail İsmayıl Böyükkişi Faktinfo.az saytı vasitəsilə Dövlət başçısına müraciət ünvanlayıb. Həmin müraciəti müəyyən ixtisarla təqdim edirik:

Azərbaycan Respublikasının prezidenti, möhtərəm İlham  Əliyevə

Şair-publisist-həkim Fəzail İsmayıl Böyükkişinin

MÜRACİƏTİ

Mənim prezidentim, qarantım İlham Əliyev !

01 avqust 1957-ci ildə anadan olduğum üçün 2017-ci il mənim 60 illik yubiley ilim idi.

Diqqətinizə çatdırıram ki, mənim üçün ən xoşagəlməz hal da elə yubley ilimdə- 17 mart 2017-ci il tarixində baş verdi. Həmin gün Azərbaycan Yazıçılar Birliyinin  sədri Anar Rzayevin müşaviri Rauf Aslanov şəxsimə təhqiramiz ifadələr işlətdi, mənə ağır bədən xəsarəti yetirdi,nəticədə  beyin silkələnməsinə məruz qaldım,  insult oldum. Təxminən 270 gündən  çox 1 saylı  Respubilka  Klinik Xəstəxanasının(“Semaşko”) neyrocərrahiyyə  və 5 saylı Xəstəxananın nevrologiya şöbələrində müalicəmi  davam etdirdim,8 saylı şəhər poliklinikasında həkim nəzarətində qaldım. Habelə, Mərkəzi Kliniki Xəstəxananın  neyrocərrahiyyə şöbəsində  və Xətai rayonu,Əhmədli qəsəbəsində yerləşən Neyrocərrahiyyə İnstitutunda,  müalicə olundum.

Hazırda 1 saylı  Respubilka   Kliniki Xəstəxananın nevropatoloqu Səlim həkimin və Tibb Universitetinin terapevtik klinikasının nevropatoloqu dosent Təmraz həkimin nəzarətindəyəm. Həkimlərin yazdığı dərmanları həb və sistem şəklində qəbul edirəm. Aparılan müalicələr müsbət nəticə vermədiyindən baş beyinin metabolik dəyərləndirilməsi və canlı miokard toxumalarının dəyərləndirilməsi üçün PET kompüter tomoqrafiyası məsləhət görülüb, bu da Türkiyədə 1500 dollardır, ölkəmizdə də ucuz deyildir.

Hörmətli cənab prezident!

Həyatım hər an ölüm təhlükəsi ilə üz-üzədir. 270 gündən çox müddət ərzində 30 min manatdan  artıq pul borc  edərək həkimlərə, tibb işçilərinə və dərmanlara  xərcləmişəm. Artıq  borc almağa qohumum, dostum, tanışım qalmayıb. Düşünmürəm  ki,  Sizə  vurduğum teleqramlara etinasız yanaşıla, hesab edirəm ki, o teleqramlara müsbət yanaşılacaqdır.

Onu da bildirim ki,1 saylı Respublika  Xəstəxanasında yatdığımı bilən mətbuat işçiləri bu hadisəni layiqincə ictimailəşdirdilər.

Hörmətli cənab prezident!

 Epikrizimi  Səbaıl rayon Məhkəmə Tibbi Ekspertizasının baş həkimi Xəlil həkimə təqdim etdim. O, şöbə müdiri Alim həkimlə məni müayinə etdi, epikrizi oxudu. Hər iki həkim  ağır xəsarət aldığımı təsdiqlədi, Səbaıl rayon polis şöbəsinə  öz rəylərini ağır dərəcədə yazmaqla göndərəcəklərini bildirdilər. Sonra isə  Səbayıl rayonu polis şöbəsinin kapitanı Rövşən Şahkərimovla   birlikdə AYB-nın inzibati binasında olduq. Ertəsi gün məlum oldu ki, Səbaıl rayon Məhkəmə Tibbi Ekspertizası ağır bədən xəsarəti aldığımı təsdiq edən epiqrizim olmasına  baxmayaraq,”xəsarət  yetirilməyib” rəyi verilib.Halbuki,tibb elmi sübut edir ki,insult keçirmək ağır dərəcəli xəstəlikdir.Hüquqi qanunlarmıza görə isə ,xəsarət alan şəxs  22 gün həkim nəzarətində olursa,mütləqdir ki, onun  aldığı xəsarət ağır bədən xəsarəti sayılsın. Mən isə 10 aydır ki,həkim nəzarətindəyəm.Buradan da görünür ki, Səbaıl rayon Məhkəmə Tibbi Ekspertizası ciddi qanun pozuntusuna yol verib,haqq və hüququm kobud şəkildə pozulub.

Nəticədə,Səbail rayonu 39 saylı polis bölməsinin rəisi Ayxan müəllim,Səbail rayon prokuroru Natiq Əsədov  Səbaıl rayon Məhkəmə Tibbi Ekspertizasının ədalətsiz rəyini əsas götürərək döyülməyimə,söyülməyimə,ağır bədən xəsarəti almağıma baxmayaraq, Rauf Aslanovun hərəkətinə hüquqi qiymət vermədilər.Halbuki,onlar epiqrizimə əsasən arayış verərək  məni təkrar Respublika Məhkəmə  Tibbi Ekspertizasına göndərməli,əhatəli istintaq işi aparmalı idilər ki,bunu da hansısa səbəbdən etmədilər.

Hörmətli cənab prezident !

Ümidim göydə Allaha, yerdə Sizədir. İnanıram ki, mənə qarşı törədilən bu xoşagəlməz hərəkətin araşdırılması,günahkarların layiqincə cəzalandırılması üçün lazımi göstəriş verəcəksiniz və nəticədə pozulmuş haqq və hüququm bərpa olunacaq.

Dərin hörmətlə: Şair-publisist-həkim Fəzail İsmayıl Böyükkişi

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi