Şairin Mənzil-Tikinti Kooperativinin milyonlarla borcu var - VİDEO
Bakıda çoxmərtəbəli binaların tikintisini həyata keçirən "Qaraxan" Mənzil-Tikinti Kooperativinin (MTK) dövlətə milyonlarla manat vergi borcu yaranıb.
Faktinfo.az xəbər verir ki, bu barədə məlumatı Qaynarinfo.az saytı yayıb.Xəbərə görə, MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 424 581,29 manat vergi borcu var.
Şirkətin qanuni təmsilçisi Məmmədov Adil Sarı oğlunun öldən çıxışına müvəqqəti məhdudiyyət qoyulub. Vergi borcunun ödənilməsi üçün vaxt verilib.
Şirkət Dövlət Vergi Xidməti barəsində Bakı Apellyasiya Məhkəməsiniə müraciət edib. İşə hakim Günel Abbasovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, MTK-nın əsl sahibi şair Yaqubov Qaraxan Əkbəroğlu oğludur. O, "Dünya Şairlər və Yazıçılar İttifaqı"nın üzvüdür. İttifaq ilk dəfə 2 mart 2018-ci ildə Avstriyada rəsmi qeydiyyatdan keçib. Təsis qurultayında ittifaqının sədri şair Qaraxan Yaqubov seçilib. Onun 65 janrda seçilmiş şeirlər kitabı Nobel Sülh mükafatına təqdim edilib. Şair Qaraxan Əkbəroğlu bu günə qədər 116 janrda 8 şeir kitabı və bir roman yazıb. O, şeiriyyata xalq ədəbiyyatında və ədəbiyyatda olmayan 52 yeni janrda şeirləri ilə gündəmə gəlmişdi.
2020-ci ilə kimi şirktin qanuni təmsilçisi, Qaraxan Yaqubovun yaxın qohumu Yaqubov Araz Eyvaz oğlu olub.
Bu xəbər üçün şərh yazın