Şairlə müğənni arasında efirdə dava: "Cumur üstümə ki, sən kimsən, səni döyərəm"

Şairlə müğənni arasında efirdə dava: "Cumur üstümə ki, sən kimsən, səni döyərəm" 

"Özünü mədəni insan kimi kütləyə təqdim edən adam üstümə şığıyıb, məni döymək istəyirdi. Deyirdi ki, səni əzərəm.

Utanmır, belə müğənni olar? İnsanı qudurdan nədir? Biri var ağılın ola, biri də var pulun. Bunlarda ağıl söhbəti ola bilməz. Həddindən artıq pulun olması onları belə qudurdub".

 
Bunu Qaynarinfo.az-a açıqlamasında ekspert Anar Vəziroğlu müğənni İbrahim Borçalı ilə arasında olan davadan danışarkən deyib. Anar Vəziroğlu deyib ki, efir əlbəyaxa yeri deyil, söz meydanıdır:

 

"Qışqırıb-bağırmaqla olmur. Cumur üstümə ki, sən kimsən... 25 illik fəaliyyətini gözümüzə soxur. Daha demir ki, qarşında oturanın 60 yaşı var və 40 ildir bu sənətə xidmət edir. Mən ona dedim ki, bu oxumaq deyil, ananı araya, məsxərəyə qoyursan. Ana müqəddəsdir, ya bunu həzin de, ya da mərsiyyə de. O mahnı oxumaq deyildi, bir başa "zarımaq" idi. Harada görünüb belə şey? Məclisə gedib, adı çıxıb, heç kəsin onun oxumağından xəbəri yoxdur. Onun şairliyini kim bilirdi? Oxumağı cəhənnəmə, bunun şairliyi də varmış. Şeiri kütlə deyil, xalq üçün yazırlar. Bu qədər qüsuru olan şeir görməmişdim. Mən filologiya üzrə fəlsəfə doktoruyam, şeirə irad bildirə bilərəm. Camaatın içində üstümə cumur, hədə-qorxu gəlir. Deyir ki, axşam görəcəksən səninlə necə danışacağam. Bu hələ inkişaf etməyib, əyalətdən kənara çıxa bilməyib, kənd təfəkküründədir".

 

Anar Vəziroğlu bildirib ki, bəzi adamlar pullarına güvənir:

 

"O elə bilir ki, insanı əzməklə, hədə-qorxu gəlməklə ishal etmək olur. Hələ bilmir isim, sifət nədir. Bunlar bicliyə öyrənib. Musiqiyə bəstəkar, sözə şair, oxumağa da müğənni lazımdır. Onlar hamısını pul xərcləməmək üçün özləri yazır, hərşeyşünas olublar. Mən olmasam da kimsə bunu sənə deyəcəkdi. Bir balaca xalqa hörmətin olsun".

 

Qeyd deək ki, müğənni İbrahim Borçalı ilə jurnalist-şair Anar Vəziroğlu arasında qalmaqal yaşanıb. Anar Vəziroğlu müğənniyə mahnıda vəhdətin olmadığını bildirib. Onun iradına isə İbrahim Borçalı əsəbiləşərək belə cavab verib:

 

"Sənin fikrin mənə lazım deyil. İxtiyarın yoxdur mənimlə belə danışmağa. Bəsdir, sən səhv ünvana  düşmüsən. Bir az özünə gəl. Söz və musiqi mənə aiddir. 24 ildir ki, sənətdəyəm və mən bu verilişə gəlməmişəm ki, mahnıma kimsə söz desin".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər