
Saleh Məmmədovun yaxın qohumları işdən azad edildi
Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədovun ailə üzvləri olan vəzifəli şəxslər işdən çıxarılıb.
Gundeminfo.com xəbər verir ki, onlardan biri 1 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin rəhbəri, S.Məmmədovun yeznəsi Dilavər Həmzəyev MMC ötən həftə ləğv edildiyinə görə işini itirib.
S.Məmmədovun AAYDA-da yüksək vəzifə tutan əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri Zaur Həmzəyev, xalası oğlu - 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri Araz Bəndəliyev, qardaşı oğlu - 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi Toğrul Həmzəli, bacısı - AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri Təhminə Həmzəyeva, bacısı - "Azəryolelmitəhqiqatlayihə" İnstitutunun baş mühasibi Mətanət Həmzəyeva, yeznəsi - 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi Ustubat Niftəliyev ötən həftə tutduqları vəzifələrdən azad ediliblər.












Bu xəbər üçün şərh yazın