Salyanı nə hesab edirsiz,Salyan sizin malınız deyil - Günay Ağamalı debata çağrıldı-QALMAQAL

Salyanı nə hesab edirsiz,Salyan sizin malınız deyil - Günay Ağamalı debata çağrıldı-QALMAQAL - VİDEO

VI çağırış Milli Məclisin deputatı Fəzail Ağamalının qızı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalının avqustun 29-da Salyan rayonunun Sarvan kəndində keçirilən seçicilərlə görüşü qalmaqalsız ötüşməyib.


Pravda.az xəbər verir ki, görüşü yarımçıq tərk edən Günay Ağamalıya etiraz edənlər onu debata çağırıblar.

Sosial şəbəkədə "Fəzail Ağamalının qızı Salyandan qovuldu" başlığı ilə yayılan görüntülərdən məlum olur ki, xanım namizəd etiraz edənlərə heç bir cavab verməyib,avtomobilinə əyləşərək məkanı tərk edib.

Pravda.az görüntülərlə bağlı Günay Ağamalı ilə əlaqə saxlasa da,zənglərə cavab verməyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər