Şamaxıda baş verən zəlzələ Xankəndidə hiss olunub

Şamaxıda baş verən zəlzələ Xankəndidə hiss olunub 

Faktinfo.az xəbər verir ki,Şamaxı rayonunda 4.7 maqnituda qeydə alınan zəlzələ Xankəndində də hiss olunub.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə FHN-dən məlumat verilib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***

Şamaxı rayonunda yerli vaxtla saat 15:52-də 4.7 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi